Zibil tullantılarından hazırlanmış Adidas krossovkaları

Zibil tullantılarından hazırlanmış Adidas krossovkaları
1121

Kaliforniya institutunun alimlərinin hesablamalarına görə, okeanlara ümumi çəkisi 270 min ton olan 5 trilyon plastik hissəciyin yığıldığını bilirsinizmi?

İdman məhsulları istehsalçısı Adidas "Parley for the Oceans" təşkilatı ilə əməkdaşlıqda Dünya Okeanının xilas edilməsi layihəsi çərçivəsində yenidən işlənmiş okean zibilindən krosovkalar konseptini təqdim edib. Adidas-ın 3 zolaqlı krosovka modeli tamamilə okean tullantılarından hazırlanıb. Bütün bu tullantıları 110 günlük qeyri-qanuni sənaye ilə məşğul olan gəmi axtarışı ekspedisiyası çərçivəsində tapıblar. Krosovkalara əlavə olaraq, alman istehsalçı okean plastikindən bütöv bir idman geyimi kolleksiyası buraxacaq. Bütün kolleksiya 2016-cı ilə təqidm ediləcək. Qiymət haqqında hələlik heç nə məlum deyil.

Mənbə: http://www.buro247.az